“Barselona”nın ulduz hücumçusu Robert Levandovski klubdakı gələcəyi ilə bağlı qərarını mart ayında keçiriləcək prezident seçkilərindən sonra verməyi planlaşdırır.
Offsideplus.az xəbər verir ki, polşalı forvard artıq Avropa və digər regionlardan bir sıra konkret təkliflər alıb. Levandovski ilə maraqlanan klublar arasında “Milan”, “Atletiko Madrid”, “Çikaqo Fayr”, “Fənərbağça” və Səudiyyə Ərəbistanı klubları yer alır.
Mənbələr bildirir ki, təcrübəli hücumçu klub rəhbərliyindəki mümkün dəyişiklikləri və gələcək layihəni gördükdən sonra yekun qərarını verəcək.



