Afrika Futbol Konfederasiyasının (CAF) prezidenti Patris Motsepe 2027-ci il Afrika Millətlər Kubokunun (AFCON) 2027-ci ildə keçiriləcəyini rəsmən təsdiqləyib.
Offsideplus.az xəbər verir ki, daha əvvəl turnirin 2028-ci ilə təxirə salına biləcəyi ilə bağlı yayılan xəbərlər təkzib olunub.
Motsepenin açıqlamasına görə, AFCON 2027 turniri 19 iyun – 18 iyul 2027 tarixləri arasında keçiriləcək.
Turnir Keniya, Tanzaniya və Uqanda tərəfindən birgə təşkil olunacaq. Üç ölkənin ev sahibliyi edəcəyi yarış Afrikada futbolun inkişafı baxımından mühüm hadisə kimi qiymətləndirilir.


