"Vest Hem"in üzvü Niklas Füllkruq 3 ay yaşıl meydanlardan uzaq qalacaq.

Offsideplus.az xəbər verir ki, hücumçu FA Kubokunda "Aston Villa" ilə matçda ciddi zədələnib.

Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb. Mövsümün əvvəlində də zədələnən 31 yaşlı forvard 85 gün yaşıl meydanlardan uzaq qalmışdı. Bu dəfə müddət daha çox olacaq.

Qeyd edək ki qaldı, Füllkruq bu mövsüm cəmi 9 qarşılaşmada meydana çıxıb. Hücumçu bu görüşlərdə 2 dəfə fərqlənib.

Maraq üçün bildirək ki, "Vest Hem" yayda almaniyalını 27 milyon avroya "Borussiya Dortmund"dan transfer edib.