Real-ın sabiq baş məşqçisi Zinəddin Zidan Bayern Munich-in yeni baş məşqçisi təyin oluna bilər.

Offsideplus.az xəbər verir ki, alman klubu rəhbərliyi komandanın göstərdiyi son nəticələrdən narahatdır və hazırkı baş məşqçi Niko Kovaçı istefaya göndərmək imkanlarını nəzərdən keçirir.

Zidan Real--ı 2016-2018-ci illərdə çalışıdır. O, komandanı İspaniya çempionu etməklə yanaşı, üç dəfə ardıcıl Çempionlar Liqası kubokunu qazandırıb.