"Bayern"in futbolçusu Yozua Kimmix oyunların sıx təqvimi barədə narazı olanlara qarşı maraqlı açıqlama verib.

Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçi bunları söyləyib:

"Şəxsən mən oynamağı çox sevirəm, amma bunun çox olduğunu deyən hər bir oyunçunu da başa düşə bilirəm. Məncə, bu, hər kəs üçün fərqlidir".

Qeyd edək ki, 2024-cü ilin sentyabrında Kimmix "Bayern"lə müqaviləsinin müddətini 2025-ci ilin iyun ayının sonuna qədər uzatmağa razı olub.