Almaniyanın "Nürnberq" klubunun futbolçusu Mahir Emreli, Bundesliqa 2-də diqqət çəkən bir performans sərgiləyib.

Offsideplus.az-ın məlumatına görə, o, 8-ci turda "Proyssen"lə matçda (3:2) maksimal 33,8 km/s sürətə çatıb, bu da onu liqada ən sürətli hücumçulardan biri edir.

Bundan əlavə, Mahir 9-cu turda “Qroyter”lə derbi matçında (4:0) komandasının ilk qolunu vurub, mükəmməl zərbəsi ilə oyunun taleyinə təsir göstərib.