Bayern Munchen müdafiə xəttini gücləndirmək niyyətindədir.
Offsideplus.az xəbər verir ki, klub Roma-nın yarımmüdafıəçisi Cengiz Ünderlə maraqlanır. Münhenlilər 21 yaşlı futbolçunu Aryen Robbenin əvəzinə heyətə qatmaq istəyir. Türkiyəli yarımmüdafıəçi ötən il İstanbul klubundan Romaya transfer olunub. Keçid romalılara 13,4 milyon avroya başa gəlib.
Bavariya təmsilçisi Underi gələn il əldə etməyi düşünür. Transfer üçün 60 milyon avro xərclənə bilər.