Brayan Saraqosa karyerasını İspaniyada davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, hücumçu 2024/25 mövsümünü icarə əsasında "Valensiya"da keçirəcək. 

22 yaşlı oyunçunu "Jirona" da transfer etmək istəyib. Lakin "Bayern" forvardı "yarasalar"a satıb. 

Qeyd edək ki, Brayanın Münhen təmsilçisi ilə 2029-cu ilə qədər müqaviləsi var.