"Bavariya" Yozua Kimmixlə yollarını ayıra bilər.
Offsideplus.az "Bild" nəşrinə istinadən xəbər verir ki, Münxen klubunu müdafiəçiyə verdiyi maaş qane etmir.
Belə ki, 29 yaşlı futbolçunun illik əmək haqqısı 20 milyon avrodur. Bundesliqa klubu bu səbəbdən onu satmaq istəyir.
Kimmix 2015-ci ildən adıçəkilən komandanın formasını geyimir. O, ötən mövsüm 43 matçda 2 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.