"Bayern" “Bayer 04” və Almaniya millisinin müdafiəçisi Conatan Ta ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.
Offsideplus.az xəbər verir ki, futbolçunun Münhen klubunda maaşı illik 9 milyon avro, əlavə olaraq 3 milyon avro bonus olacaq. Transferlə bağlı yekun qərar Avropa çempionatından sonra veriləcək.
O, 2015-ci ilin yayından “Bayer 04”də oynayır. Onun müqaviləsi 2025-ci ilin iyununda başa çatır. Bu mövsüm mərkəz müdafiəçisi bütün turnirlərdə 48 oyun keçirib, 6 qol vurub, 1 məhsuldar ötürmə edib və 10 sarı vərəqə alıb.