Münhen "Bavariya"sı yayda heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.

 Offsideplus.az "Goal.com"a istinadla xəbər verir ki, Bundesliqa təmsilçisi, "Vest Hem"in yarımmüdafiəçisi Deklan Raysı sıralarına qatmaq istəyir.

"Bavariya" ilə yanaşı 24 yaşlı futbolçuya "Çelsi" və "Arsenal" da "talib"dir.

Qeyd edək ki, Deklan Raysın "çəkicdöyənlər"lə müqaviləsinin müddəti 2024-cü ilin 30 iyununa qədər nəzərdə tutulub.