Münhen "Bavariya"sı heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "Fichajes"ə istinadla xəbər verir ki, Bundesliqa təmsilçisinin baş məşqçisi Tomas Tuxel "Barselona"nın hücumçusu Usman Dembelenin transferini rəhbərlikdən istəyib.

Fransalı futbolçunun mövsümün sonunda klubdan göndəriləcəyi gözlənilən Sadio Manenin əvəzinə heyətə qatılması planlanıb.