Münhen "Bavariya"sı heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

 Offsideplus.az "Fichajes"ə istinadla xəbər verir ki, Bundesliqa təmsilçisi "Barselona"nın sağ cinah vingeri Usman Dembele ilə maraqlanır.

"Bavariya"nın yeni baş məşqçisi Tomas Tuxel 25 yaşlı fransalını yayda sərəncamında görmək istəyir.

Qeyd edək ki, Dembelenin "Barselona" ilə müqaviləsinin müddəti 2024-cü ilə qədərdir.