Bu yaxınlarda Münhen "Bavariya"sındakı işinə xitam verilən Yulian Naqelsmann maraqlı açıqlaması ilə diqqət çəkib.
Offsideplus.az xarici mediaya istinadla xəbər verir ki, 35 yaşlı mütəxəssis Bundesliqa nəhənginin baş məşqçi postundan ayrılmağına səbəb kimi Kristiano Ronaldonu transfer etmək istədiyini, lakin klubun idman direktoru Oliver Kanın buna qarşı çıxmasını göstərib:
"Oliver Kanla Kristiano Ronaldonun transferi barədə anlaşa bilmədik. Mən Ronaldonu transfer etmək istəyirdim, ancaq o razı olmadı və daha sonra məni uğursuz nəticələrə görə günahlandırdı. Ronaldo Levandowskidən sonra mükəmməl seçim olardı".
Qeyd edək ki, Naqelsmann 2021-ci ildən "Bavariya"nı çalışdırırdı. Onu bu postda Tomas Tuxel əvəzləyib.