"Antalyaspor" klubunun baş məşqçisi Nuri Şahin Almaniyada çalışa bilər.
Offsideplus.az xəbər verir ki, 34 yaşlı mütəxəssisin xidmətində "Borussiya" maraqlıdır. Dortmund təmsilçisi türk məşqçiyə akademiyanın koordinatoru vəzifəsini təklif edib. O, təklifi qəbul etsə, Bundesliqa klubunun baş məşqçisi Edin Terziçlə birlikdə çalışacaq.
Qeyd edək ki, Nuri Şahin futbolçu karyerasını bitirdikdən sonra "Antalyaspor"da məşqçiliyə başlayıb.