"Ayntraxt" (Frankfurt) qapıçısı Kevin Trappla yeni müqavilə bağlayıb.

Offsideplus.az xəbər verir ki, alman qolkiperlə müqavilənin müddəti 2026-cı ilin yayına qədər uzadılıb.

Xatırladaq ki, 32 yaşlı futbolçu 2018-ci ilin yayından Bundesliqa təmsilçisində çıxış edir. O, “Ayntraxt”ın heyətində 286 oyuna çıxıb və 426 qol buraxıb. Trapp komanda ilə birlikdə ötən mövsüm Avropa Liqasının qalibi olub.