Almaniyanın “Union Berlin” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Offsideplus.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Berlin klubuTunis yığmasının və Macarıstanın “Ferentsvaroş” klubunun yarımmüdafiəçisi Ayssa Laydunini transfer edib.
26 yaşlı futbolçu ilə imzalanan müqavilənin müddəti və digər detallar isə açıqlanmayıb. Almanlar bu keçid üçün qarşı tərəfə 4.1 milyon avro ödəyib.
Qeyd edək ki, Layduni 2020-ci ildən çıxış etdiyi “Ferentsvaroş”da 103 oyun keçirib və 9 qol vurub.