Xorvatiya millisinin və "Leypziq"in müdafiəçisi Yosko Qvardiol karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

 Offsideplus.az xəbər verir ki,  "Mançester Siti", "Çelsi" və "Mançester Yunayted"  20 yaşlı oyunçunu transfer etmək üçün mübarizə aparır. Bu barədə "Foot Mercato" məlumat yayıb.

Mənbəyə görə, DÇ-2022-də yüksək performans göstərən xorvatiyalı futbolçudan ötrü "şəhərlilər" Bundesliqa təmsilçisinə 100 milyon avro və əlavə bonuslar şəklində təklif göndərib. "Çelsi" və "Mançester Yunayted"dən gələn təkliflər nisbətən aşağıdır - müvafiq olaraq 90 və 95 milyon avro.

Xəbərdə o da qeyd edilir ki, digər Bundesliqa klubu "Bavariya"da mərkəz müdafiəçisi ilə maraqlanır. Xorvatiya millisinin  üzvünün isə karyerasını Premyer Liqada davam etdirmək istədiyi bildirilir.

Qeyd edək ki, Yosko Qvardiolun "Leypziq"lə müqaviləsi 2027-ci ilin yayına qədərdir.