Almaniyanın “Herta” klubunun futbolçusu Jan Pol-Boetyus karyerasını dayandırmalı olub.
Offsideplus.az xəbər verir ki, buna 28 yaşlı yarımmüdafiəçidə onkoloji xəstəliyin aşkarlanması səbəb olub.
Jan Pol-Boetyus cari ilin yayında azad agent kimi “Herta”ya keçib. Niderlandlı oyunçu daha əvvəl “Maynts”da çıxış edib.