Almaniyanın “Herta” klubu hücumçusu İshak Belfodillə də yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, 30 yaşlı forvard azad agent kimi Qətərin “Əl-Qarafa” klubuna transfer olub.
O, ötən ilin yayından oynadığı Bundesliqa təmsilçisində 28 oyuna 5 qol vurub.
Əlcəzairli futbolçu daha öncə “Olimpik” (Lion), “Bolonya”, “Parma”, “İnter”, “Livorno”, “Baniyas”, “Standard”, “Verder” və “Hoffenhaym”da da oynayıb. O, Əlcəzair yığmasında 17 oyuna 2 qolla yadda qalıb.