“Herta” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, Bundesliqa klubu uruqvaylı müdafiəçi Aqustin Roxeli transfer edib.

 24 yaşlı futbolçu “Estudiantes”dən transfer olunub. “Herta” bu keçidə görə Argentina klubuna cəmi 400 min avro ödəyib. Futbolçu ilə 4 illik müqavilə imzalanıb.