Bundesliqanın 4-cü turunda "Borussiya"nın (Münhenqladbax) "Bavariya" ilə səfərdə 1:1 hesablı bərabərə qaldığı oyun əlamətdar hadisə ilə yadda qalıb.
Offsideplus.az "Opta"ya istinadən xəbər verir ki, Münhenqladbax təmsilçisinin qapıçısı Yan Sommer bu görüşdə 19 qurtarışla yadda qalıb.
Bununla da Bundesliqada bir matçda qeydə olan seyv sayında rekord göstərici rəsmiləşib.
İsveçrəli qolkiperin səyləri nəticəsində komanda çətin səfərdən 1 xalla dönməyi bacarıb.