"Hoffenhaym" "Şalke"nin futbolçusu Ozan Kabakı heyətinə qatır.
Offsideplus.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat verib. Xəbərə görə, tərəflər arasında anlaşma əldə olunub. Türkiyə millisinin üzvü 7 milyon avro və əlavə bonuslar qarşılığında "Hoffenhaym"a keçəcək. Müdafiəçi ilə tezliklə müqavilənin imzalanması gözlənilir.
Qeyd edək ki, iki il əvvəl Bundesliqanı tərk edərək aşağı liqaya yuvarlanan və bu mövsüm yenidən yüksək liqaya dönən "Şalke", Ozan Kabakı daha öncə "Liverpul", sonra isə "Norviç Siti"yə icarəyə vermişdi.