Almaniyanın “Maynts” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, Bundesliqa təmsilçisi Fransanın “Olimpik” (Lion) klubunun hücumçusu Jan-Filipp Matetanı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

21 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. Bu transfer Almaniya klubuna 8 milyon avroya başa gəlib. Amma Lion klubu futbolçunun yeni komandasındakı performansından asılı olaraq, daha 2 milyon avro bonus əldə edə bilər.