"Lids Yunayted" klubu Münhen "Bavariya"sının futbolçusu Mark Rokanı transfer edib.

Offsideplus.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. Bu transfer üçün İngiltərə təmsilçisi 12 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, M. Roka 2020-ci ildən "Bavariya"da çıxış edirdi.