Münhenqladbax "Borussiya"sının yeni baş məşqçisi bəlli olub.

Offsideplus.az xəbər verir ki, bu vəzifəyə Daniel Farke təyin edilib. Alman mütəxəssislə 2025-ci ilin iyununa kimi müqavilə imzalanıb.

Qeyd edək ki, 2022-ci ilin yanvarında mütəxəssis "Krasnodar"a baş məşqçi təyin olunsa da, martda heç bir rəsmi oyuna çıxmadan klubu tərk edib.