"Ayntraxt" (Frankfurt) klubu futbolçusu Makoto Hasebe ilə müqavilənin müddətini uzadıb.
Offsideplus.az xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi ilə yeni sövdələşmə 2027-ci ilədək nəzərdə tutulub.
Yaponiya yığmasının sabiq üzvü 2022/2023 mövsümünün sonunadək komandada çıxış edəcək.
Qeyd edək ki, Makoto Hasebe "Ayntraxt"da 2014-cü ildən çıxış edir.