“Herta” klubu heyətinə yeni futbolçu qatıb.

Offsideplus.az xəbər verir ki, Bundesliqa təmsilçisi Monteneqro millisinin və “Monako”nun hücumçusu Stevan Yovetiçi transfer edib.

31 yaşlı futbolçu ilə 2+1 illik sözləşmə imzalanıb. Monteneqrolu hücumçu yeni komandasına azad agent kimi keçib.