PSV-nin hücumçusu yaxın günlərdə Dortmund "Borussiya"sının yeni üzvü kimi təqdim olunacaq.

Offsideplus.az xəbər verir ki, Almaniya təmsilçisi Doniell Maleni rənglərinə bağlamağa yaxındır. Bu barədə tanınmış jurnalist Fabritsio Romano "tvitter" hesabında yazıb. 22 yaşlı hücumçu "Borussiya" ilə 5 illik müqaviləyə qol çəkəcək. "Sarı-qaralar" keçid üçün PSV-yə 30 milyon avro ödəyəcək.

Qeyd edək ki, Malen ötən mövsüm Eydhoven təmsilçisinin heyətində meydana çıxdığı 45 oyunda 27 qol vurub, 10 məhsuldar ötürmə vermişdi.