"Borussiya" "Çelsi"nin Erlinq Haalandın keçidi üçün ilk rəsmi təklifini geri çevirib.
Offsideplus.az "Sky Germany"ə istinadən xəbər verir ki, "zadəganlar" 20 yaşlı hücumçu üçün Dortmund təmsilçisinə 150 milyon avro təklif edib. Bundan əlavə, "Çelsi" Tammi Abraham və ya Kallum Hadson-Odoini norveçli ulduz qarşılığında "Borussiya"ya göndərməyə hazırdır. Lakin Almaniya klubu bu təkliflə razılaşmayıb.
Qeyd edək ki, bir çox Avropa nəhənginin hədəfində olan Erlinq Haalandın "Borussiya" ilə anlaşması 2024-cü ilin iyununda başa çatır.