Yeni mövsümdə Almaniya Bundesliqasının oyunlarına nə qədər azarkeşin buraxılacağı məlum olub.

Offsideplus.az Almaniya mətbuatına istinadən xəbər verir ki, yeni mövsümdən stadionun tutumunun 50 faizinə azarkeşlərin buraxılması gözlənilir. Lakin azarkeşlərin tribunada ümumi sayı 25 mindən çox olmayacaq.

Almaniya Bundesliqasında yeni mövsüm sentyabrın 13-də start götürəcək.