İtaliyanın B Seriyasında çıxış edən “Monza”dan ayrılan Kevin-Prins Boatenqin yeni klubu bəlli olub.
Offsideplus.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi "Herta"ya transfer olunub. Onunla 2022-ci ilin iyununa kimi müqavilə imzalanıb.
Qeyd edək ki, Boatenq ötən mövsüm şərəfini qoruduğu "Monza"da 25 oyunda meydana çıxıb, 5 qol vurub, 4 məhsuldar ötürmə verib.