Münhenqladbax “Borussiya”sının futbolçusu İbrahima Traore klubu tərk edib.

Offsideplus.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi klubla müddəti bitən müqaviləsini yeniləməyib.

O, 2014-cü ilin yayından “Borussiya”da çıxış edirdi. Traore Münhenqladbax təmsilçisi ilə ümumilikdə 132 oyunda 11 qol vurub.