"Herta"nın futbolçusu Sami Xedira karyerasını bitirib.
Offsideplus.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabından məlumat yayıb. O, mövsümün sonu futbol fəaliyyətinə son qoyacağını açıqlayıb.
"Əlvida deməyin vaxtı gəldi. Bu cür qərarları vermək heç vaxt asan deyil. Çünki həyatı dəyişdirir. Şənbə günü karyeramdakı son matça çıxacağam. Ən böyük klublarda oynamaq, kuboklar qazanmaq və Almaniyanın 2014-cü ildə dünya çempionatının qazandığı tarixi anın bir hissəsi olmaqdan şərəf duyuram. Bütün azarkeşlərə, komanda yoldaşlarıma, məşqçilərə, dostlarıma və ailəmə təşəkkür edirəm. Sona çatmaq üzrə olan bu səyahət boyu yanımda oldunuz. Görüşənə qədər! Hörmətlə, Sami..."
Qeyd edək ki, 2009-2018-ci illərdə Almaniya millisində çıxış edən Xedira karyerası ərzində "Yuventus", "Real", "Ştutqart" kimi klubların şərəfini qoruyub.