"Herta"nın İdarə Heyətinin üzvü Yens Lemann vəzifəsindən kənarlaşdırılıb.
Offsideplus.az xəbər verir ki, buna səbəb sabiq "Arsenal"lının keçmiş futbolçu Dennis Aqo barədə irqçi ifadələr işlətməsi olub. Belə ki, Lemann "Sky Germany"da işləyən Aqo haqqında başqa bir şəxsə "Dennis sizin reytinq zəncinizdir?", deyə yazmaq istəyib.
Lakin yanlışlıqla mesajı Aqoya göndərib. Mesajı sosial şəbəkə hesabında paylaşan Dennis, "Vau, ciddisən? Fikrimcə, bu mesaj mənə göndərilməyəcəkdi".
Bu hadisədən sonra "Herta" klubu Lemannı tutduğu vəzifədən uzalaşdırıb.