Hans Flikin "Bavariya"dakı 2 illik məşqçilik karyerası başa çatdı.
Təcrübəli mütəxəssis mövsümün sonunda komanda ilə yollarını ayıracaq.
Offsideplus.az xəbər verir ki, Flik əfsanəvi klubu tərk etməsi ilə bağlı danışıb. O, klub saytına açıqlamasında bunları deyib: "Son 2 il mənim üçün unudulmaz alındı. Emosiyalar, qələbələr, titullar, meydanda birgə gördüyümüz işlər - bunlar möhtəşəm vaxtlar idi. Uğuru ancaq birlikdə əldə etmək olar! Məşqçi komandasız heç kimdir. Münhendə usta futbolçular və peşəkar məşqçilərlə birgə çalışmaq mənim üçün həm xoş, həm də arzuladığım kimi oldu. "Bavariya"ya gələcəkdə ən böyük uğurları arzulayır, klub rəhbərliyinə və futbolçulara təşəkkür edirəm".
Qeyd edək ki, Fliki Yulian Naqelsmann əvəzləyəcək ki, onunla müqavilə 2026-cı ilə qədər nəzərdə tutulub.