Hans Flikin mövsümün sonunda "Bavariya"nı tərk edəcəyi hər kəsə məlumdur.
Klub rəhbərliyi artıq indidən münhenlilərə bütün mümkün titulları qazandırmış mütəxəssisə layiqli əvəzləyici axtarır ki, ən real namizəd Yulian Naqelsmanndır. 33 yaşlı məşqçi ölkənin ən titullu komandasını çalışdırmaqda maraqlıdır. Lakin...
Offsideplus.az "Kicker"ə istinadla xəbər verir ki, "Leyptsiq" rəhbərliyi Naqelsmannı qəpik-quruşa buraxmaq niyyətində deyil. Başbilənlər "Bavariya"dan fantaksik məbləğ tələb edir, nə az, nə çox, düz 25 milyon avro. Bu isə Münhen təmsilçisinin ürəyincə deyil. Hazırda tərəflər baş məşqçinin transfer qiymətinin aşağı salınması yönündə danışıqlar aparır.
Qeyd edək ki, 2019-cu ildən "Leyptsiq"i çalışdıran Naqelsmannın klubla anlaşmasının müddəti 2023-cü ilin yayına qədərdir.
P.S.: Yazı hazırlanan anda "Bavariya" Yulian Naqelsmannın keçidinin həll olunduğunu açıqladı. Yeni baş məşqçi yeni komandasındakı işinə iyulun 1-də başlayacaq.