Münhen “Bavariya”sının prezidenti Herbert Hayner Avropa Super Liqasına münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, Bundesliqa təmsilçisinin rəhbəri isə klubun mətbuat xidmətinə açıqlamasında bu turnirə qarşı çıxdıqlarını deyib:
“Klub üzvləri və azarkeşlər Superliqa fikrini rədd etdilər. “Bavariya” Avropa klublarının Çempionlar Liqası kimi gözəl bir yarışda mübarizəni davam etdirməsini təmin etməyə borcludur. "Bavariya" Superliqaya "yox" deyir”.