Bundesliqa təmsilçisi bütünlüklə karantinə yollanıb.
Offsideplus.az "Herta"nın rəsmi saytında yer alan xəbərə istinadla xəbər verir ki, berlinlilərin bir neçə məşqçi və futbolçusunun testi müsbət nəticə verdiyindən, məşqçi və futbolçu heyəti tam tərkibdə ətraf mühitdən təcrid olunmaq məcburiyyətində qalıb.
"Herta" rəhbərliyi kollektivi bazada məskunlaşdırmaq istəsə də, yerli səhiyyə orqanları kollektivin karantində "oturmalı" olduğunu bildirib.
Qeyd edək ki, Berlin təmsilçisi bu səbəbdən "Maynts", "Frayburq" və "Şalke" ilə oyunlarda meydana çıxmayacaq. Matçlar başqa tarixdə keçiriləcək.