"Ştutqart" yarımmüdafiəçisi Orel Manqala ilə yeni müqavilə imzalayıb.
Offsideplus.az klunun rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı belçikalı ilə anlaşmanın müddəti 2024-cü ilə qədər uzadılıb. Futbolçuya 22 milyon avro satış qiyməti qoyulub.
Qeyd edək ki, Manqala 2017-ci ildən bəri Bundesliqa klubunun şərəfini qoruyur.