"Bavariya" "Tottenhem"in məşhur futbolçusu Hın Min Son ilə yaxından maraqlanır.
Offsideplus.az "Football Insider"a istinadən xəbər verir ki, Münhen təmsilçisi Cənubi koreyalı futbolçuya həftəlik 200 000 sterlinq məbləğində maaş şərti ilə 5 illik müqavilə təklif etmək istəyir. Bundesliqa klubu təklif üçün gələn ilin yayını gözləyir. Belə ki, "Bavariya" 2023-cü ildə "Tottenhem"lə müqaviləsi başa çatacaq 28 yaşlı hücumçunu aşağı qiymətə transfer etməyi planlaşdırır.
Qeyd edək ki, Son bu mövsüm 18 qol vurub, 16 məhsuldar ötürmə ilə yadda qalıb.