"Bayer" çalışdırıcı Peter Boş ilə yollarını ayırıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın son matçlardakı uğursuz nəticələri səbəbindən Leverkuzen təmsilçisi niderlandlı mütəxəssisi istefaya göndərib. Onu mövsümün sonunadək Almaniyanın U-18 millisinin məşqçisi Hannes Volf əvəzləyəcək.

Qeyd edək ki, 2018-ci ildən "Bayer"i çalışdıran Boş, son 14 oyunda 3 dəfə qalib gəlib.