Məhəmməd Salah ötən gün "Liverpul"la 2 illik yeni müqavilə imzalayıb.

Offsideplus.az xəbər verir ki, misirli futbolçu Səudiyyə Ərəbistanından gələn 500 milyonluq təklifi rədd edib və Mersisayd klubunda qalıb.

Bu barədə BBC telekanalı məlumat yayıb.

Salah 2017-ci ildən "Liverpul"da çıxış edir. O, cari mövsüm 45 oyunda 33 qol vurub və 22 məhsuldar ötürmə edib.

Misirli klub tarixinin ən çox qol vuran 3-cü oyunçusudur.