İspaniyanın "Betis" klubu gənc futbolçusu Serxi Altimira ilə müqavilə uzadacaq.

Offsideplus.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2029-cu ilin yayına kimi olacaq. Onun kontraktında 60 milyon avroluq sərbəst qalma bəndi də olacaq.

Bu barədə insayder Fabritsio Romano məlumat verib.

Altimira qışda "Mançester Siti"nin orta xətt üçün namizədlərindən biri idi.

O, cari mövsümdə bütün turnirlərdə 43 oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.