İspaniya millisinin və "Real Madrid"in sabiq futbolçusu Xabi Alonso Almaniya klubuna baş məşqçilik edəcək.

Offsideplus.az "Bild"a istinadən xəbər verir ki, 40 yaşlı mütəxəssis karyerasını "Borussiya"da (Mönxenqladbax) davam etdirəcək. Belə ki, mövsümün sonunda Marko Roze ilə yollarını ayıracağı dəqiqləşən Bundesliqa təmsilçisi əvəzinə Alonsonu gətirəcək. Klub rəhbərliyi və Xabi arasında ilkin razılığın əldə edildiyi bildirilir.

Qeyd edək ki, sonuncu dəfə "Real Sosyedad"ın əvəzedici kolektivini çalışdıran Xabi Alonso, "Real", "Liverpul", "Bavariya" kimi klublarda çıxış edib.