Almaniya millisi və "Bavariya"nın sabiq futbolçusu Bastian Şvaynştayger futbola geri dönür.
Offsideplus.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 36 yaşlı keçmiş yarımmüdafiəçi "Ayntraxt" klubunun idman direktoru ola bilər. Belə ki, Bundesliqa təmsilçisi gələn mövsümdən etibarən Şvaynştaygeri kluba gətirmək istəyir.
Qeyd edək ki, 2002-2015-ci illərdə "Bavariya"nın şərəfini qorumuş Bastian Şvaynştayger komanda ilə 8 dəfə Bundesliqa çempionu, 7 dəfə Kubok qalibi, 1 Çempionlar Liqası və 1 UEFA Super Kuboku qalibi olub.