AÇ-2020-dən sonra Yoahim Löv tutduğu vəzifədən ayrılacaq.

Vəziyyətin bu cür olması Almaniya Futbol İttifaqanın rəhbərliyini artıq indidən əməli addımlar atmağa məcbur edib.

Offsideplus.az "Bild"ə istinadla xəbər verir ki, Lövün yerinə əsas namizəd "Bavariya"nın çalışdırıcısı Hans Flikdir. Flik millinin başına keçəcəyi halda onun yerinə kimin gələcəyi əsas sualdır. Almaniyanın tanınmış nəşrinin məlumatına görə, təcrübəli mütəxəssisi əvəzləməyə əsas namizəd Yulian Naqelsmanndır. 

Qeyd edək ki, 34 yaşlı Naqelsmann "Leyptsiq"ə 2019-un yayından rəhbərlik edir və onun başçılığı altında komanda 2019-20 mövsümünü bürünc medallarla başa vurub, üstıəlik, Çempionlar Liqasında yarımfinala qədər irəliləmişdi.