Almaniya 2-ci Bundesliqasında 24-cü turun görüşləri keçirilib.

Offsideplus.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” klubu da növbəti oyununa çıxıb.

Aue təmsilçisi doğma meydanda “Hannover”lə qarşılaşıb və bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.

Nazarov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

Qeyd edək ki, 24 turdan sonra 33 xala malik “Ersgebirge”  9-cu pillədə qərarlaşıb.