Cari mösvümdə "Ayntraxt"ın heyətində bütün turnirlərdə 23 oyunda 20 qol vuran Andre Silvaya təkliflər var.

"Böyük beşliy"in aparıcı klublarının portuqaliyalı hücumçuya maraq göstərdiyi deyilir. 

Offsideplus.az "Goal"a istinadla xəbər verir ki, Silva bununla bağlı açıqlama verib ki, varaft etməyə də imkan tapıb: "Mançester Yunayted"lə "Atletiko"nun mənimlə maraqlandığını deyirlər, yazırlar. Lakin bunlar şayiədən başqa bir şey deyil. Məni neçəyə satarlar? Yəqin ki, 105 milyon avroya (gülür). Əlbəttə, zarafat edirəm. Dəyərimin 30 milyon avro olduğunu oxumuşdum hardasa. Biz insanlar beləyik, öz malımızı satanda qiyməti şişirdirik".

25 yaşlı futbolçu vurduğu 19 qolla cari Bundesliqa mövsümündə yalnız Robert Levandovskidən geri qalır. Əvəzində 17 top vuran Erlinq Haalandı qabaqlayır. 

Qeyd edək ki, "Ayntraxt" ötən yay Andre Silvanın transferi üçün "Milan"a 9 milyon avro ödəmişdi. İndiki transfer dəyəri 35-40 milyon avro kimi qiymətləndirilir.