Almaniya 2-ci Bundesliqasında 22-ci turun görüşləri keçirilib.
Offsideplus.az xəbər verir ki, yığmamızın yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” klubu da növbəti oyununa çıxıb.
Sözügedən kollektiv “Boxum”la qarşılaşıb. Nazarovun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.
Millimizin üzvü də görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 76-cı dəqiqədə əvəzlənib.
Qeyd edək ki, 32 xala malik “Ersgebirge” 8-ci pillədə qərarlaşıb.